» » Təhsili olmayan poşt müdiri camaatı “girov” götürüb


Təhsili olmayan poşt müdiri camaatı “girov” götürüb

4-12-2014, 14:10
Oxunub: 791
Çap et
Təhsili olmayan poşt müdiri camaatı “girov” götürüb


Həsən İsmayılov Xıl kəndinin 150-yə yaxın sakininin pensiya kartını özündə saxlayır

Masallı rayonunda özbaşınalıq ən yüksək həddə çatıb. İcra başçısı Rafil Hüseynovun idarəçilik qabiliyyətinin bərbad halda olması artıq əhaliyə ciddi ziyan vurmaqdadır. Bir tərəfdən məmur özbaşınalığı, digər tərəfdən yarıtmaz kadrların irəli çəkilməsi insanları bezidirb.

milliyyet.az JAM.AZ-a istinadən daxil olan məlumata görə, rayonun bir kəndinin yaşlı nəsli isə demək olar ki, “girov” götürülüb. Belə ki, Xıl kəndinin poçt şöbəsinin müdiri əslən Şabran rayonundan olsa da, bu kənddə çalışır. Heç bir təhsili olmayan Həsən İsmayılovun əlindəki saxta diplomu yerli Poçt İdarəsinə təqdim etməsi sayəsində bu vəzifəyə təyinat alıb.

Məlumatda deylir ki, kənd sakinləri bu məsələ ilə bağlı dəfələrlə Azərpoçt MMC-nin rəhbərliyinə və Masallı rayon Şöbəsinə müraciət etsələr də, heç bir xeyri olmayıb. Həsən İsmayılov isə bu şikayətlərə rəğmən, Xıl kəndinin yaşlı nəslini demək olar ki, əlində girov kimi saxlayıb. Belə ki, o, kənddəki 100-150 nəfərə yaxın pensiyaçının kartını özündə saxlayaraq, sahiblərinə vermir. Bu kartlara daxil olan pulladan isə işıq pullarını və özünün “xidmət haqqını” çıxdıqdan sonra, yerdə qalan məbləği pensiyaçıya çatdırır.

Bundan başqa, Həsən İsmayılov həmçinin kənddə “levi” elektrik xətti çəkmiş sakinlərin də əsas himayəçisi kimi çıxış edir. Belə ki, o, kənd evlərində quraşdırılmış dədə-baba qaydası ilə işləyən sayğaclara müdaxilə edərək pul qazanır. JAM.AZ-a verilən məlumatda iddia edilir ki, poçtun müdiri bu zaman qeyri-qanuni elketrik xətti çəkmiş şəxslərlə anlaşaraq, onlardan bir miqdar pu almaqla həmin xətlərin yerli mühəndislər tərəfindən aşkarlanmasına imkan vermir. Daha doğrusu, yerli mühəndislərlə anlaşaraq, onlara aylıq haqq çatdırmaqla işi prt-basdır etməyə nail olur. Onun aylıq haqqı çatmadıqda isə birbaşa Masallı Elektrik Enrjisi Satışı İdarəsinin işçilərinə xəbər verərək, həmin “levi” xətti tapdırır və kənd sakinin cərimələtdirir.

JAM.AZ-a çatan bilgilərə görə, Həsən İsmayılov şöbədə yeganə ştat olan poçtalyonluğu da başqasına həvalə etməyib. Həyat yoldaşı Rəvayət Abbasova ştat cədvəlində poçtalyon kimi qeyd olunsa da, onun da işlərini elə müdir özü görür.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Reytinq: