» » Bakıda müəllim vəhşiliyi


Bakıda müəllim vəhşiliyi

8-01-2015, 21:47
Oxunub: 875
Çap et
Bakıda müəllim vəhşiliyi

Müəllimin məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayıldı
Sosial şəbəkədə Bakıda müəlimin az yaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.

milliyyet.az-ın ANS PRESS-istinadən məlumatına görə, "Facebook"da "Sancaq" səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.

Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə az birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.

Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparılacaq".



Reytinq: