» » Təhsil Nazirliyinin səlahiyyəti alındı


Təhsil Nazirliyinin səlahiyyəti alındı

18-05-2015, 12:09
Oxunub: 724
Çap et
Bəzi məzunlar və əcnəbi tələbələr dil biliyinin yoxlanmasından azad olunublar
Təhsil Nazirliyinin səlahiyyəti alındı

Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları" təsdiq edilib.

milliyyet.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sistemlərinin inteqrasiyasına nail olunması Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub. Təsdiq edilmiş qaydalar ölkəmizin ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyinin artırılmasına və təhsilin beynəlmiləlləşməsinə kömək edəcək.

Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Belə ki, əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı.

Qaydalarda namizədin dil biliyinin yoxlanması ilə bağlı yeniliklər də əks olunub. Xarici təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları və Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pillə və ya səviyyəsində təhsil almaq üçün müraciət edən əcnəbilər tədris dilini dəyişmədikləri halda, həmçinin Qaydalara uyğun olaraq, müvafiq dil biliyi sertifikatı olan şəxslər dil biliyinin yoxlanmasından azad olunurlar.

Beləliklə, 2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər.
Mənbə
ANS PRESS



Reytinq: