Tələbələrə şad xəbər » Milliyet.Az

Tələbələrə şad xəbər

Tələbələrə şad xəbər


Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı gələn ay təhvil veriləcək.

milliyyet.az Axar.az-a istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin əvvəlində stansiyanın Bakı Dövlət Universitetinin həyətinə çıxışı hazır olacaq. Bu da öz növbəsində bu istiqamətdə yaranmış nəqliyyatın sıxlığına son qoyacaq. BDU tələbələri və müəllimləri üçün əhəmiyyətli bir keçid olan bu çıxışın tikintisi Metropolitenin sabiq rəisi Tağı Əhmədovun dövründə başlanmışdı. Artıq ərazidə işlər yekunlaşmaq üzrədir.

Xatırladaq ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-ın sorğusuna cavabda keçidin gələn il təhvil veriləcəyini təqdiqləmişdi. Bu plan 2011-2014-cü illərdə nəqliyyat sektorunun inkişaf prioritetlərində nəzərdə tutulub.
  • Sosial şəbəkədə paylaş