
“Bakı məktəblərində kişi və qadın müəllimlərin sayı ilə bağlı təhlükəli tendensiya var”.
milliyyet.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, bu tendensiya bu gün yaranmayıb və nazirliyin diqqətindədir: “Nazirlik tərəfindən görülən işlərə gəlincə, son illər ərzində müəllimlərin işə qəbulu yalnız bir meyara - peşəkar keyfiyyətlərə əsasən həyata keçirilir. Yeni işə qəbul olunan müəllimlərin gender dinamikasında bu problem yoxdur. Amma ümumilikdə götürdükdə bu məsələdə natarazlıq var və bu bizi narahat edir”.