» » Nazirdən direktorlara imtahan xəbərdarlığı


Nazirdən direktorlara imtahan xəbərdarlığı

12-12-2014, 11:27
Oxunub: 753
Çap et
Nazirdən direktorlara imtahan xəbərdarlığı


Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.

milliyyet.az AzVision.az istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək tapşırılıb.

Orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edilib ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər.

Tapşırılıb ki, Bakı şəhərində yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını 29.12.2014-cü il tarixdən başlayaraq 3 (üç) həftə müddətinə başa çatdırsınlar:

-Rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər; imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar; imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər; nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar.

Əmrdə bundan əlavə qeyd edilib ki, imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.

-Aparatın rəhbəri (M.Eynullayev), İlk peşə və orta ixtisas təhsili (S.Vəliyev) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın, sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar; orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər, nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri (C.Valehov)Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.



Reytinq: