» » Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – Açıqlama


Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – Açıqlama

19-01-2019, 01:17
Oxunub: 58
Çap et
Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – Açıqlama

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb:
Tədrisin iki gün dayandırılması qış tətilindən çıxılacaq? – Açıqlama


“Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur”.

Qeyd edək ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.



Reytinq: