Məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaqlar » Milliyet.Az

Məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaqlar

Məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaqlar
Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə “Ümumi təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.

Milliyet.Az-ın xəbərinə görə, qanun layihəsi beş fəsil və 33 maddədən ibarətdir.

Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən “Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”.
  • Sosial şəbəkədə paylaş