» » Hansı uşaqlar birinci sinifə müsahibəsiz qəbul olunacaq?


Hansı uşaqlar birinci sinifə müsahibəsiz qəbul olunacaq?

30-01-2015, 20:26
Oxunub: 615
Çap et
Hansı uşaqlar birinci sinifə müsahibəsiz qəbul olunacaq?

Məktəbəqədər hazırlıq qruplarında təhsil almış uşaqlara güzəşt.

Bu tədris ilindən 6 yaşı tamam olan uşaqların məktəblərin birinci siniflərinə qəbul qaydalarında dəyişiklik edilib. milliyyet.az Xezerxeber.com-a istinadən xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, təhsil nazirinin əmrinə əsasən 16 sentyabr – 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinə vaxtından əvvəl birinci sinifə qəbulu müsahibə üsulu ilə aparılır. 2014-2015-ci tədris ilində Bakı şəhərinin 89 ümumtəhsil məktəbində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarında təhsil almış, 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan uşaqlara rəsmi sənəd-arayış veriləcək və onlar müsahibə götürülmədən I sinifə qəbul ediləcəklər.



Reytinq: