» » Sumqayıtda direktor-müəllim QARŞIDURMASI


Sumqayıtda direktor-müəllim QARŞIDURMASI

5-09-2018, 15:32
Oxunub: 602
Çap et
Sumqayıtda direktor-müəllim QARŞIDURMASI


Sumqayıt şəhər 5 nömrəli məktəbin ibtidai sinif müəllimi Müşkünaz İsmayılova çalışdığı təhsil müəssisəsinin direktorundan şikayətçidir.
M. İsmayılova Xeberle.com-a ünvanladığı müraciətdə bildirib ki, məktəbin direktoru Bəşir Şəfiyev yeni tədris ilində ona dərs saatı vermir: "Artıq 35 ildir bu məktəbdə çalışıram. Direktor məni sıxışdırır və dərs yükü ayırmır. Səbəb kimi Müəllimlərin Diaqnostik Qiymətləndirməsində az bal toplamağımı göstərir. Dərs bölgüsü dərs hissə müdiri tərəfindən deyil, bağlı qapı arxasında direktor tərəfindən aparılır. Direktor isə otağına məni buraxmır, təhqir edir və deyir ki, ara dərsləri apar. Məni məcbur edir ki, şagirdlərdən pul yığım. Məktəbdə seminariyanı bitirən və qiymətləndirmədə də az bal toplayanlara sinif verilir. Ali təhsilli pedaqoqa, örnək götürüləsi müəlliməyə isə sinif verilmir. İstədiyi müəllimlərə 18-20 saat dərs yükü verib. Ali təhsilliyəm, ailəliyəm, 5 övladım var və şəhid bacısıyam".

Müəllimin iddialarıyla bağlı məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxladıq. Direktor Xeberle.com-a Müşkünaz İsmayılovanın şikayətinin əsassız olduğunu dedi: "Müşkünaz müəllimənin şikayəti reallığı əks etdirmir. Pul yığılması məsələsinə gəldikdə isə, rəhbərliyim etdiyim məktəbdə belə hal yoxdur. Bununla bağlı fikirlərin heç bir əsası yoxdur. Mən bu məktəbə direktor təyin olunanda Müşkünaz müəllimənin birinci sinifi var idi və 4 il həmin sinif onda olub. Sonradan isə Müəllimlərin Diaqnostik Qiymətləndirməsində az bal topladığı üçün müəlliməyə sinif verilməyib. İkinci dəfə balı normal topladıqdan sonra isə sinif verilməsə də, hər bir sinifi olan müəllimələrə verilən qədər, yəni 18 saat dərs vermişik. Hər müəlliməyə maksimum 18-20 saat dərs yükü verilir".



Reytinq: