» » Məktəblərdə pul yığılması xəbərinə rəsmi reaksiya


Məktəblərdə pul yığılması xəbərinə rəsmi reaksiya

7-02-2018, 00:59
Oxunub: 203
Çap et
Məktəblərdə pul yığılması xəbərinə rəsmi reaksiya


Sektor müdiri Bəşarət Məmmədov: “Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir”
“Bayıl yamacındakı sürüşmə sahəsindən köçürülmüş sakinlərə yardım məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə heç bir vəsait toplanmayıb”. Bunu “Bizim Yol“un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

Qeyd edək ki, sürüşmə sahəsindən köçürülmüş sakinlərə kömək məqsədilə Səbail rayonunda yerləşən məktəblərdə şagird və müəllimlərdən pul yığılması barədə mediada və sosail şəbəkələrdə məlumatlar paylaşılıb.

B.Məmmədov isə bildirir ki, Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvar 2017-ci il tarixdən müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi bildirilib.

B.Məmmədov vurğulayır ki, məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları dövlət tərəfindən ödənilir.



Reytinq: