» » İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi


İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi

24-08-2017, 01:23
Oxunub: 266
Çap et
İlham Əliyev müəllimlərin əməkhaqqı ilə bağlı sərəncam verdi


Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Oxu.Az APA-ya istinadən məlumat verir ki, sərəncama əsasən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 38) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib:

“1-1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulsunlar”.

Sərəncamın 1-ci hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.



Reytinq: