» » 700 bal toplayan sumqayıtlı abituriyent kimdir? - FOTO


700 bal toplayan sumqayıtlı abituriyent kimdir? - FOTO

9-05-2017, 10:44
Oxunub: 541
Çap et
700 bal toplayan sumqayıtlı abituriyent kimdir? - FOTO
I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda 7 nəfər maksimum nəticə göstərib. Dövlət İmtahan Mərkəzindən (DİM) Xeberle.com-a verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 mal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi, Bakı şəhəri 220 saylı məktəb-lisey, Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub. IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.
Əfəndiyev Eldar İlqar oğlu
Xeberle.com 700 bal toplayan sumqayıtlı abituriyentin kimliyini araşdırıb. IV ixtisas qrupu üzrə isə imtahanda maksimum nəticə göstərən Əfəndiyev Eldar İlqar oğludur. O, 2000-ci il mayın 14-də Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanı bitirib. Eldar VII sinifdə oxuyarkən riyaziyyat fənni üzrə şəhər ikincisi, VIII sinifdə isə biologiya fənni üzrə şəhər birincisi olub. O, həmçinin, respublika fənn olimpiadalarında biologiyadan həm I yerə, həm də olimpiadanın xüsusi nominasiyası olan "Birincilərin birincisi"nə layiq görülüb.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.



Reytinq: