DataLife Engine > Şou biznes > “Allahdan qorxun, əməliyyat etdirməmişəm” demişdi – Mətanətin şok fotosu yayıldı

“Allahdan qorxun, əməliyyat etdirməmişəm” demişdi – Mətanətin şok fotosu yayıldı


16-07-2019, 22:46. Разместил: sasaza
“Allahdan qorxun, əməliyyat etdirməmişəm” demişdi – Mətanətin şok fotosu yayıldı


Ümid Partiyasının sədr müavini Tamilla Qulami xalq artistləri Rasim Balayev ilə Alim Qasımovun illər öncə lentə alınan məşhur duetini sosial şəbəkədə paylaşıb. Duetdən çox video-rolikdə yer alan qadın müğənni müzakirə olunub. Həmin qadının kimliyi şəbəkə izləyicilərinin marağına səbəb olub. Məlum olub ki, sözügedən görüntülərdəki qadın saysız hesabsız estetik əməliyyatlar etdirən müğənni Mətanət Əsədovadan başqası deyil.


Hər dəfə israrla əməliyyat etdirmədiyini deyən müğənnini hər dəfə arxiv fotoları onu ifşa edir. Bir müddət öncə M. Əsədova ilə aparıcı Sərxan Kərəmoğlu qalmaqal yaşayan zaman da ifaçı xarici görünüşü ilə gündəmə gəlmişdi. Sərxan onun arxiv fotolarını yaymışdı. Əsədova isə əməliyyat etdirmədiyini açıqlamışdı:

"Bir dəfə Zaur Baxşəliyev səhər verilişi aparanda məni "Azərbaycanın Cennifer Lopesi" deyə təqdim etmişdi. Ətrafda xəbər yaydılar ki, guya mən özüm onu öyrətmişəm. İllərdir efirdəyəm, mənim haram dəyişib? Mən plastik əməliyyatın nə olduğunu bilmirəm. Niyə deyirlər ki, Mətanət Əsədova təpədən-dırnağa kimi silikondur? Bircə dəfə bıçaq altına yatmışam. Ailəmlə birlikdə qəza keçirtmişdim, burnum sınmışdı, onu düzəltdirdim. Allahdan qorxmursunuz? Niyə yalandan böhtan deyirsiniz?"

Mətanət əsədovanın fotolarına baxdıqda isə açıq-aydın hiss olunur ki, ifaçı burnunu kəsdirib, dodaq və yanaqlarına dolğu vurdurub. Onun arıqlamaq üçün müxtəlif əməliyyatlar etdirdiyi, sinə və ombasını da böyütdürdüyü deyilir.(musavat.com)
“Allahdan qorxun, əməliyyat etdirməmişəm” demişdi – Mətanətin şok fotosu yayıldı

“Allahdan qorxun, əməliyyat etdirməmişəm” demişdi – Mətanətin şok fotosu yayıldı

Вернуться назад