Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?! – Səməd Səmədov » Milliyet.Az

Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?! – Səməd Səmədov

Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?! – Səməd Səmədov
Azərbaycanda Qurban Bayramı qeyd olunur. Həmişə Qurban bayramında tanınmışların imkansızlara, şəhid ailələrinə dəstək olması cəmiyyəti maraqlandırır.

Bu dəfə də Aznews.az portalı bir neçə müğənni arasında sorğu keçirib ki, “Bəs sənət adamları bu bayramda qurban kəsibmi? O siyahıda şəhid ailələri də nəzərdə tutulubmu?” Xalq artisti Səməd Səmədov bu suallara olduqca qeyri-adi cavabı ilə seçilib. S.Səmədov deyib ki,
“Mən Qurban Bayramını gözləmirəm. Artıq 25 ildir ki, Ramanadakı əlillər, Bilgəhdəki “Qocalar evi”nə gedirəm. Bundan əlavə, 1 saylı uşaq evinə baş çəkirəm. Vaxtlı-vaxtında gedib bu məkanları ziyarət edirəm. Fatmai Məscidinə də gedib bayram paylarını verirəm. Dünən bu məkanların hamısına baş çəkdim. Şəhid ailələrinə mən niyə pay göndərməliyəm ki?!”
  • Sosial şəbəkədə paylaş