» » Xoşqədəmdən ATV-dən ANS-ə apardığı işçilərinə ağır zərbə — İLGİNC FAKTLAR


Xoşqədəmdən ATV-dən ANS-ə apardığı işçilərinə ağır zərbə — İLGİNC FAKTLAR

18-04-2016, 12:03
Oxunub: 937
Çap et
Xoşqədəmdən ATV-dən ANS-ə apardığı işçilərinə ağır zərbə — İLGİNC FAKTLAR
Teleaparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" televiziyasında yeni layihəyə başlayacağı barədə məlumat vermişdik

Bu arada Ölkə.Az-ın rekdasiyasına teleaparıcı ilə bağlı ilginc hesab ediləcək informasiyalar daxil olub. Bildirilir ki, o, ATV-dən ANS-ə gətirdiyi komandasından yalnız redaktor Aysər Həsənlini özü ilə yeni iş yerinə aparıb. Qalan əməkdaşlar - müxbir Elbrus Rüstəmov, prodüser Fərhad Hacıyev, redaktor Səbinə Əlicanova, operator Arif Məmmədov, Naibə adlı prodüser köməkçisi, prodüser köməkçisi Günay Əliyeva isə işsizdir. Əldə etdiyimiz məlumata görə, Hidayətqızı yaxın günlərdə "Xəzər"də qadınlarla bağlı bir proqrama başlayacaq.

Qeyd olunur ki, ATV-dən böyük ümidlərlə ayrılan komanda ANS-də işlədiyi müddətdə demək olar ki, əməkhaqqı almayıb. Onlara "Deməsək, olmaz" verilişinin lazım olan reytinqi vermədiyi və bu üzdən də məvacib ala bilməyəcəkləri bildirilib.

Xatırladaq ki, hazırda "Deməsək, olmaz" verilişini İradə İsaq aparır. O da ANS-ə öz komandası ilə qayıdıb.



Reytinq: