» » Aygün Kazımova: "Süpürgəçi işləmişəm"


Aygün Kazımova: "Süpürgəçi işləmişəm"

10-03-2016, 10:49
Oxunub: 672
Çap et
Xalq artisti Aygün Kazımova özü ilə bağlı maraqlı etiraf edib.
Aygün Kazımova: "Süpürgəçi işləmişəm"


Axşam.az-ın məlumatına görə, “Bizimləsən” verilişində qonaq olan müğənni vaxtilə Suraxanıda Maşınqayırma Zavodunda süpürgəçi kimi işə düzəldyiyini deyib. A.Kazımova vaxtilə işlədiyi zavodun ansamblının bədii rəhbəri Nigar xanımla studiyada görüşdükdən sonra bu haqda danışıb:



“Məktəbdə oxuyanda Suraxanıda Maşınqayırma Zavodunda işə düzəlmişəm. Orada çox gözəl ansambl var idi, Nigar xanım da bədii rəhbəri olub. Məhz o ansamblda çıxış edə bilmək üçün 1985-ci ildə ora süpürgəçi kimi işə düzəldim. Hətta 60 manat maaş da alırdım. Zavodun solisti olmaq üçün mütləq orada işə düzəlməli idim. Ancaq maşınqayırma zavoduna süpürgəçidən başqa nəçi kimi işə düzələ bilərdim ki? Nigar xanım orada məni iş görməyə qoymurdu. Zavodu süpürmürdüm, yalnız oxuyurdum. O, mənə gözəl paltarlar tikirdi. “Novruz gəlir, yaz gəlir” mahnımı ifa etdiyim zaman geyindiyim, başımda səməni olan libası mənə Nigar xanım tikmişdi”.



Reytinq: