» » İlhamənin oğlu: "Əli Mirəliyevə ayıb olsun"


İlhamənin oğlu: "Əli Mirəliyevə ayıb olsun"

2-03-2016, 12:32
Oxunub: 962
Çap et
İlhamənin oğlu: "Əli Mirəliyevə ayıb olsun"Müğənni Əli Mirəliyevin mərhum xalq artisti İlhamə Quliyevanın mirasının nə oğulluğuna, nə də yaxınlarına çatacağı, bütövlükdə dövlətə qalacağı barədə açıqlamasına sənətkarın oğlu Orxan Nadirov sərt təpki verib.

milliyyet.az bildirir ki, o, publika.az-a açıqlamasında bunları deyib:

"Əli Mirəliyevə ayıb olsun ki, belə bir ərəfədə ağzına gələni danışır. Başım anamın yasına qarışıb, öz dərdimlə əlləşirəm. Böyük itkimizin dərdini çəkirik, Əli Mirəliyevin sərsəm açıqlamalarına fikir verəsi halda deyilik. Yaşlı, xəstə insandır, ağzına gələni danışır. Sonra özü utanacaq. Anamı həyatda bircə an görmək üçün dünyanın bütün mal-mülkünü verərdim. Hər kəs mal-mülk hayındadır, ayıb olsun onlara".



Reytinq: