» » İlhamə ilə Floranın illər öncəki ŞOK VİDEOSU


İlhamə ilə Floranın illər öncəki ŞOK VİDEOSU

27-02-2016, 18:02
Oxunub: 1213
Çap et
İlhamə ilə Floranın illər öncəki ŞOK VİDEOSUDünən son mənzilə yola salınan xalq artisti İlhamə Quliyeva ilə uzun illərdir küsülü olduğu həmkarı Flora Kərimova ilə çəkildiyi videogörüntülər yayılıb.

Sənətkarlar 1995-ci il iyunun 14-də Azərbaycan Televiziyasında efirə gedən verilişdə qonaq olub.

Tanınmış telejurnalist Sevil Nuriyevanın təqdimatında baş tutan həmin verilişdə iki sənətkarın bir-birinə münasibəti açıq hiss olunub. Məsələn, zinət əşyalarına münasibəti ilə bağlı aparıcının sualına hər biri özünəməxsus cavab verib. İ.Quliyeva F.Kərimovanın sadəliyinə rişxəndlə yanaşıb:

“Səndə olan üzüklər heç kimdə yoxdur. Birini tax, çıx. Amma deyirsən ki, onları ölənə qədər taxmayacam. Taxma. Heç taxsan da, sənə yaraşmayacaq. Mən isə buna öyrəşmişəm. Evdə olanda qızıl mənə ağırlıq edir, amma evdən çıxanda mütləq istifadə edirəm. Taxmasam, elə bilirəm nə isə itirmişəm”.

İlhamə Quliyeva Flora Kərimovanın sənətini yüksək qiymətləndirib:

“Mən Flora Kərimovanı dinləyib səsini sevmişəm. Elə vaxt olub salamlaşmamışam. Amma onun mahnılarını sevə-sevə dinləmişəm”.

İ.Quliyeva həmkarına cansağlığı da arzulayıb.(Publika.az)



Reytinq: