Xərçəngə tutulduğu deyilən Rəqsanə: Eşidəndə şok oldum » Milliyet.Az

Xərçəngə tutulduğu deyilən Rəqsanə: Eşidəndə şok oldum

“Allahdan qorxun”.
Xərçəngə tutulduğu deyilən Rəqsanə: Eşidəndə şok oldum
Bu gün mediada müğənni Rəqsanə İsmayılovanın xərçəng xəstəliyinə düçar olması haqqında xəbər yer aldı.

Oxu.Az-a bununla əlaqədar açıqlama verən ifaçı yayılan informasiyanın yalan olduğunu bildirdi:

“Bu gün xərçəng xəstəliyinə tutulmağım haqqında xəbərləri eşidəndə və oxuyanda şok oldum. Mənim haqqımda bu cür məlumat 5 il bundan əvvəl də yayılmışdı.

O zaman həkimlərin yanlış diaqnozu məni və əzizlərimi xeyli qorxutmuşdu. Lakin peşəkar həkimlərin sayəsində beynimdə şiş yox, sadəcə su yığıldığı məlum oldu. Uğurlu müalicələrdən sonra səhhətim yaxşıdır.

Allahdan qorxun. Nəyə görə mənə, sevdiklərimə, məni sevənlərə bu qədər stress yaşadırsınız? Allaha şükür, sağ-salamatam.

Əgər gələcəkdə haqqımda bu cür saxta və yalan yazılara yenidən rast gəlsəm həmin “jurnalist”ləri məhkəməyə verəcəyəm”.
  • Sosial şəbəkədə paylaş