» » Aygün Kazımova məhkəmədə yenə uduzdu


Aygün Kazımova məhkəmədə yenə uduzdu

14-01-2015, 13:57
Oxunub: 831
Çap et
Aygün Kazımova məhkəmədə yenə uduzdu

Ötən gün müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb.


milliyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Nəsimi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, xalq artistinin iddiası qəbul edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Qətnamədən narazı qalan xalq artisti apellyasiyaya şikayət vermişdi.



Reytinq: