» » Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir


Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir

5-02-2016, 14:13
Oxunub: 2224
Çap et
Mətanət Əsədova 21 yaşlı gənci həbs etdirir8 fevral tarixində tanınmış müğənni Mətanət Əsədova ilə 21 yaşlı gənc Elsevər Mürsəllinin məhkəmə prosesinin son iclası baş tutacaq.

Müğənni gənc fəalı həbs etdirməkdə iddialıdır.

Bu haqda AZXEBER.COM-a təqsirləndirilən şəxs olan Elsevər Mürsəlli özü məlumat verib.

Onun dediyinə görə, buna səbəb Mətanətə təhqir etməsi olub: "Bildiyiniz kimi, bir neçə ay öncə "Space TV"də alim Əziz Musaoğlu Mətanətə "sən fahişəsən" demişdi. Mən də o kişinin sözünə istinadla status yazdım və bildirdim ki, mən həbsxanada olanda şahid olmuşdum ki, Mətanət bir dəfə də olsun bacısının yanına gəlməyib. Bu statusumu bir neçə sayt xəbərləşdirmişdi. Bundan sonra Mətanət Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənim barəmdə Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işinin başlanması və həbs edilməmi istədi. Prosesin hakimi Babək Pənahovdur".

Keçmiş NİDA-çı qeyd edib ki, o məhkəmə sisteminin ədalətinə inanır və Azərbaycanda söz, mətbuat, fikir azadlığı var: "Mən inanıram ki, məhkəmə ədalətli qərar verəcək. Sonuncu məhkəmə ayın 8-i saat 10:00-da Nəsimi rayon məhkəməsində olacaq. Mətanət məni, 21 yaşlı gənci həbs etdirməkdə qərarlıdır. O əl çəkmir.mənim də keçən "srok"dan üzərimdə rekizivit olduğu üçün mütləq həbs düsür. Mən sadəcə istinadla fikrimi bildirmişəm, əgər Mətanət ona fahişə deyən alimi cəzalandırmırsa, mən niyə həbs olunmalıyam? İnanıram ki, məhkəmə ədalətli qərar verəcək.

Xatırladaq ki, Mətanət Əsədova ona fahişə deyən Əziz Musaoğlunu məhkəməyə versə də, sonradan iddiasını geri götürüb.



Reytinq: