
F.Fətəliyeva sənətçilərin sosial şəbəkədə təhqirlər yazmasına qarşı çıxdığını deyib: "Aygün Kazımova sosial şəbəkədə belə bir şərh yazıb. Bu bütün sənət adamları üçün mənfi bir hərəkət idi. O hərəkətlərə görə bizə də pis baxırlar. Adi tamaşaçılardan olsaydım çox əsəbiləşərdim, sarsılardım. O nə deməkdir, başa düşmədim? Ayıbdır.... Tanınmışıq deyə, nə istəyirik danışmalıyıq? Biz xalqa nümunə olmalıyıq. İnstaqramda tamaşaçı ilə ünsiyyət vasitəsindən biridir. O nədi, ağzına gələni yazırsan? Bəziləri elə biləcək ki, onunla özümü reklam edirəm. Mənə elə reklam lazım deyil".