Mətanətdən "Qızıl Məryəm"in qətli ilə bağlı açıqlama » Milliyet.Az

Mətanətdən "Qızıl Məryəm"in qətli ilə bağlı açıqlama

Müğənni Mətanət Əsədova daimi müştərisi olduğu "Qızıl Məryəm"in qətli ilə bağlı açıqlama verib.

Mətanətdən "Qızıl Məryəm"in qətli ilə bağlı açıqlamamilliyyet.az xəbər verir ki, Məryəm Namidzadənin öz qızı və qohumları tərəfindən öldürüldüyünü eşidən müğənni AzNews-a danışıb. M.Əsədova bildirib ki, Məryəmin qızını elə anası vasitəsilə tanıyıb: "Mən onların məclislərində iştirak etmişəm, mal da almışam. Amma evlərinin içinə bələd deyildim, anası ilə münasibətlərinin necə olmasını bimirdim. Rəhmətlik Məryəmin ölüm xəbərini eşidib getdim. Evlərinə buraxmırdılar. Dedilər, yas xalasıgildə verilir. Mən də onun xalasıgilə getdim. Günel də oradaydı. İndi də eşidirəm ki, elə öz bacısının övladları və qızı öldürübmüşlər. Anam öləndə mən də az qala onunla ölmüşdüm. Övladın anasının canına qıydığı bir zamana gəlib çatmışıq. Dəhşətlidir".

Qeyd edək ki, yanvarın 5-də Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi Məryəm Namidzadə yaşadığı mənzildə 43 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun ölümündə isə qızı Günel Hüseynova və qohumları ittiham olunurlar.
  • Sosial şəbəkədə paylaş