» » Azərbaycanlı müğənninin həyat yoldaşı ölümdən döndü (FOTO)


Azərbaycanlı müğənninin həyat yoldaşı ölümdən döndü (FOTO)

17-06-2015, 20:42
Oxunub: 1482
Çap et
"Nərmin dünən bizi çox qorxutdu, şükürlər olsun ku, yenidən ona qovuşdum"
Azərbaycanlı müğənninin həyat yoldaşı ölümdən döndü (FOTO)Tanınmış müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmin xanım dünən ölümdən dönüb.

İfaçının ANS PRESS-ə verdiyi məlumata görə, həyat yoldaşının səhhətində yaranan problemlər səbəbi ilə təcili cərrahiyə əməliyatına qaldırılıb.

"Nərmin dünən bizi çox qorxutdu. Şükürlər olsun ki, göydə Allahın izni ilə, yerdə gözəl həkimlərimizin səyi nəticəsində yenidən ona qovuşdum. Dünən vəziyyəti çox pis idi, şükürlər olsun ki, bu gün babatdı".

Nurlan Əzizbəyli bu barədə sosial şəbəkədə status paylaşıb: "Mənim həyatım, Allah səni mənə çox görməsin. Böyük keçmiş olsun mənim ürəyim, başımın tacı!"



Reytinq: