» » Türkiyədə ərdə olan azərbaycanlı müğənni Bagira 4 gün öncə olüb -ÖZƏL


Türkiyədə ərdə olan azərbaycanlı müğənni Bagira 4 gün öncə olüb -ÖZƏL

19-05-2015, 10:40
Oxunub: 3320
Çap et
Türkiyədə ərdə olan azərbaycanlı müğənni Bagira 4 gün öncə olüb -ÖZƏLBagira adı ilə tanınan müğənninin Türkiyədə dünyasını dəyişməsi ilə yenidən xəbər yayılıb. Xəbəri sosial şəbəkədə Bagiranın keçmiş prodüseri Mikayıl Hüseynov yazıb.

"Bu yazı 2011-ci ildə çıxmışdı, amma bu məlumatı mən verməmişdim. Düzdür, ondan təzə ayrılmışdım deyə elə bilirdi ki, mən yaymışam. İndi isə təzə xəbər almışam. Bu dəqiqə mənə Türkiyədən yaxın dostum zəng vurdu və mənə bildirdi ki, Bagira dünyasını doğrudan da dəyişib. Çox üzüldüm və pis oldum... Allah rəhmət eləsin!"

milliyyet.az xəbər verir ki, Publika.az prodüser Mikayıl Hüseynova ilə əlaqə saxlayıb. O, müğənninin bir neçə gün öncə vəfat etdiyini bildirib.

“Bu xəbəri mənə Türkiyədə şou bizneslə əlaqəsi olmayan bir dostum deyib .O, Bagiranı Aynurə adı ilə tanıyırdı. Mənə zəng edərək Aynurənin vəfat etdiyini bildirdi. 4 gündür ki, Bagira dünyasını dəyişib. Allah rəhmət eləsin. Onun Türkiyədə torpağa tapşırıldığını deyib. Çünki həyat yoldaşı türkdür”.

Qeyd edək ki, bu, Bagiranın ikinci evliliyidir. İlk həyat yoldaşı azərbaycanlı olub.



Reytinq: