» » “Bu şəhərdə”də kimlər parodiya ediləcək?


“Bu şəhərdə”də kimlər parodiya ediləcək?

3-12-2014, 14:11
Oxunub: 881
Çap et
“Bu şəhərdə”də kimlər parodiya ediləcək?
Xəbər verdiyimiz kimi, “Bu şəhərdə” komandası yeni konsertə hazırlaşır.

Milliyət.az xəbər verir ki, Axşam.az-ın əməkdaşı ilə söhbətində ssenarist Müşfiq Abbasov yeni tamaşa ilə bağlı məlumat verib. O, kimləri parodiya edəcəklərini açıqlayıb:
“Hazırda konserti 5 gün nəzərdə tutmuşuq. Amma tələbat olarsa, vaxtı uzadacağıq. Ssenarilərimizi hazırlayırıq. Konsertin adı “Göz-Əl”dir. Burada ailədə kimin gözü kimin əlinə baxır mövzusunda səhnəcik nümayiş olunacaq. İlk dəfə xalq artisti Ağadadaş Ağayevi parodiya edəcəyik. Bir də, planımızda Könül Kərimova var ”.
“Könül Kərimova parodiya olunmağı sevmir. Onun inciyəcəyindən çəkinmirsiniz” sualına isə M.Abbasov belə cavab verib:
“Bir dəfə Könül xanımı parodiya etmişdik. Biz insanları tənqid etmirik, təqlid edirik. İnanırıq ki, inciməyəcək, hətta xoşuna belə gələcək”.
Qeyd edək ki, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı ilə “Bu şəhərdə”nin konserti martın 5-dən 9-na kimi Heydər Əliyev Sarayında keçiriləcək.



Reytinq: