» » Moskvada döyülən Vüqar: "Məni döyə-döyə videoya çəkirdilər"


Moskvada döyülən Vüqar: "Məni döyə-döyə videoya çəkirdilər"

26-03-2015, 17:43
Oxunub: 1238
Çap et
Moskvada döyülən Vüqar: "Məni döyə-döyə videoya çəkirdilər"40 dərəcədə şaxtada küçəyə atılan müğənni danışdı
"Məni döyə-döyə videoya çəkirdilər".

Rusiyanın paytaxtı Moskvada döyülərək 40 dərəcədə şaxtada küçəyə atılan Vüqar Muradov belə deyir.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hazırda Moskvada olan ifaçı ANS TV-nin "Adam içində" verilişi ilə telefon bağlantısı yaradaraq başına gələnləri danışıb.

"Mən tək idim, onlar 7-8 nəfər idilər. Heç birini tanımırdım. Başıma tapança dirəmişdilər, yoxsa heç kim məni döyə bilməzdi. Məni döyə-döyə videoya çəkirdilər. Videonu çəkib özümə də göstərdilər. Dəfələrlə soruşdum, "Niyə?", cavab vermədilər. Üstümdə nə vardı götürdülər, çölün düzündə, 40-45 dərəcə şaxtada atıb getdilər məni. Özüm də güc toplayıb yola çıxdım, bir maşına əl elədim, sağ olsun məni polisə o apardı".

Vüqar Muradov soyundurularaq döyüldüyünü təkzib edir: "Bir söz demək istəyirəm. Yazırlar ki, günahım olmasaydı məni belə eləməzdilər. Dünəndən burada ürəyim partlayır. Qərib yerdəyəm, sizdən dəstək gözləyirdim, siz isə... Məni soyundurmayıblar, mənə qarşı belə hərəkət etsəydilər, mən özümü, boynumu sındırıb öldürərdim. Kişinin başına iş gələr. Mənim 2 metr boyum var, boyumu yerə soxa bilmərəm. Bu həyatda varım-dövlətim yoxdu, təkcə kişiliyim var".



Reytinq: