» » Kazanda yanğında ölmüş qadın Azərbaycanın tanınmış müğənnisinin bacısı imiş


Kazanda yanğında ölmüş qadın Azərbaycanın tanınmış müğənnisinin bacısı imiş

16-03-2015, 17:09
Oxunub: 1014
Çap et
Kazanda yanğında ölmüş qadın Azərbaycanın tanınmış müğənnisinin bacısı imişKazanda ticarət mərkəzində baş verən yanğın nəticəsində ölən qadın Azərbaycanda tanınmış müğənninin bacısıdır.
milliyyet.az Trend-ə istinadən xəbər verir ki, Kazanda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən Muxtarova Tamilla Hüsü qızı müğənni müğənni “Elit Star” Cəmilənin bacısıdır.
Onu da qeyd ediək ki, 1961-ci il təvvəludlü mərhum Tamilla Muxtarova ailəli olub. İki övladı olub.
Bu gün T.Mutarovanın cənazəsinin Bakıya gətiriləcəyi və saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qohumlarına təhvil veriləcəyi gözlənilir.
Qeyd edək ki, mərhum T.Muxtarovanın martın 22-də doğum günü qeyd ediləcəkdi.
Xatırladaq ki, martın 13-də Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzlərindən birində baş verən yanğın nəticəsində 17 nəfərin öldüyü bildirilir, onlarla insan xəsarət alıb. Dağıntılar altında qalan digərlərinin çıxarılması istiqamətində işlər davam etdirilir.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Tatarıstan nümayəndəliyindən isə daha öncə Trend-ə bildiriblər ki, yanğın zamanı iki azərbaycanlı ölüb, ikisi isə yaralanıb.



Reytinq: