» » İbo komadan çıxdı


İbo komadan çıxdı

16-03-2015, 15:23
Oxunub: 702
Çap et
İbo komadan çıxdıAmerikada beyin əməliyyatı olduqdan sonra komaya girdiyi və 6 gün boyunca oyanmadığı iddia edilən İbrahim Tatlısəsdən xəbər var.

Sənətçinin meneceri Eyüp Kanat Tatlısəsin gözünü açdığını və reanimasiyadan çıxarılaraq normal otağa köçürüldüyünü bildirib:

“Yazılanlar həqiqətə uyğun deyil. İbrahim bəy oyandı, amma ağrıları olduğu üçün həkimlər dərmanla yatırtma yolunu seçdi. Bir neçə günə bu dərmanlar da tamamilə kəsiləcək. Beyin funksiyaları yaxşıdır. Qorxulacaq heç bir şey yoxdur. Ən çox bir ay fiziki müalicə olunacaq.

Ayşegül Yıldız və qızı Elif Ada yanındadır. Onlar da yanında dayanır. Elif Ada ilə Ayşegül xanımın dönüş tarixləri müəyyən deyil. Bu müddətdə yanında olmaq istəyirlər”.



Reytinq: