» » Məşhur meyxanaçı xəstəxanalıq oldu (VİDEO)


Məşhur meyxanaçı xəstəxanalıq oldu (VİDEO)

14-03-2015, 14:47
Oxunub: 932
Çap et
Məşhur meyxanaçı xəstəxanalıq oldu (VİDEO)Pərviz Bülbülə səhhətində problem yaranıb
ANS telekanalında yayımlanan "A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr ilə yadda qalacaq.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, "Bakı Film"in təqdimatında 14 mart tarixində saat 22:00-da yayımlanacaq verilişdə nələrin baş verəcəyi hər kəsə maraqlıdır.

Proqramın bu həftəki əsas qonağı məşhur meyxanaçı Rəşad Dağlı, yumoristik aktyor Elməddin və Rəşadın sənət dostu Pərviz Bülbülə olmalı idi, amma... Daha sonra məlum olub ki, meyxanaçının səhhətində problem var və xəstəxanaya çatdırılıb. Onun səhhəti haqda, son vəziyyəti bilmək istəyirsinizsə "A-dan Z-yə" verilişini sona qədər izləyin.

Bundan əlavə olaraq R. Dağlının şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxacaq.

Müğənni Xatunun, "Ümumiyyətcə meyxanaçı dostum yoxdur, nə də mən belə bir insanı sevə bilmərəm" sözlərinə Rəşad Dağlı nə cavab verib? O, kimin haqqında danışmaqdan imtina etdi? Aralarındakı qalmaqal daha da alovlanacaq yoxsa söz-söhbətə son qoyulacaq?

Bundan əlavə olaraq "A-dan Z-yə" komandası tərəfindən R. Dağlı üçün maraqlı sürpriz hazırlanıb. Onun gözləmədiyi şəxs studiyaya gətirilib.

Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda bundan əlavə olaraq digər maraqlı hadisələr də yaşanıb. Bunların hamısını bilmək istəyirsinizsə şənbə günü "A-dan Z-yə" verilişini qaçırmayın.





Reytinq: