» » Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEO


Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEO

13-03-2015, 15:54
Oxunub: 4490
Çap et
Nadir Qafarzadə Sami Yusuf haqqında: Haranın zibilidir ki? – VİDEOMüğənni ATV-dən qovuldu.

Bu gün ATV-nin canlı efirində qalmaqal baş verib.

milliyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İlqar Mikayıloğlunun təqdim etdiyi “Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə Bakının qonağı olan Azərbaycan əsilli müğənni Sami Yusufu tanımadığını bəyan edib.

O, Sami Yusufla bağlı “Haranın zibilidir ki?” fikrini səsləndirib.

Daha sonra reklam fasiləsində verilişdən uzaqlaşdırılan müğənni kanalda yaşananlara sosial şəbəkədə belə reaksiya verib:

“Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.

Nadir Qafarzadənin meneceri açıqlamasında bildirib ki, müğənniyə sözügedən hadisədən sonra kanal tərəfindən qadağa qoyulduğu deyilib. Müğənninin meneceri daha sonra bildirib ki, Nadiri reklam fasiləsində heç kim qovmayıb, o, tənqid olunduğu üçün verilişi tərk edib.

Videonu a24.az saytı təqdim edib.




Reytinq: