» » Şou-biznesin iki küsülüsü barışdı


Şou-biznesin iki küsülüsü barışdı

13-03-2015, 13:51
Oxunub: 1850
Çap et
Şou-biznesin iki küsülüsü barışdıƏməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynov barışıblar.

milliyyet.az axsam.az-a istinadən xəbər verir ki, bu haqda A.Bağırov əməkdaşımızla söhbətində deyib:
“Aramızda elə də böyük problem yox idi. İnciklik olmuşdu, ona da son qoyduq”.

Z.Hüseynov isə: “Məclislərin birində qarşılaşdıq, salamlaşdıq. Beləcə, küsülülüyə də son qoyuldu. Abbas 104 FM-də “Yanar saat” verilişinin qonağı olmuşdu. Orada hər müğənniyə istədiyi sənətçini qonaq çağırmaq imkanı verilir. O da məni dəvət etmişdi, qatıldım”, - deyə bildirib.

Qeyd edək ki, Z.Hüseynov açıqlamasında barışıq üçün ilk addımı atmayacağını demişdi:
“Abbasla uşaqlıqdan dostuq. Amma bundan sonra bilmirəm, dost olacağıq, ya yox. Bir-birimizin evində olmuşuq. Arada inciklik var. İlk addımı atmayacam. O da Qız bürcündəndir. Hər birimiz ilk addımı qarşı tərəfdən gözləyirik”.



Reytinq: