» » Azərbaycanlı müğənni Hüseyn Cavidlə Cəfər Cabbarlını tanımadı - VİDEO


Azərbaycanlı müğənni Hüseyn Cavidlə Cəfər Cabbarlını tanımadı - VİDEO

9-03-2015, 17:25
Oxunub: 804
Çap et
Azərbaycanlı müğənni Hüseyn Cavidlə Cəfər Cabbarlını tanımadı - VİDEOTanınmış müğənni İlahə İbadova verilişdə dramaturqla yazıçını tanıya bilməyib.

ATV kanalında həftənin bazar günləri yayımlanan “Qonaq gəl bizə” verilişinin bu dəfəki qonağı Azərbaycan səhnəsində həm xanəndə, həm də müğənni kimi fəaliyyət göstərən İlahə İbadova olub.

Verilişin formatına uyğun olaraq aparıcı müğənniyə Azərbaycan ədəbiyyatının iki tanınmış və unudulmaz simalarından olan Cəfər Cabbarlı və Hüseyn Cavidin şəkillərini təqdim edib. Müğənni başındakı papağa görə Hüseyn Cavidin hansısa xanəndə olduğunu, Cəfər Cabbarlının isə gözündəki eynəyə görə Üzeyir Hacıbəyov olduğunu deyib. Nəticə etibarilə tanınmış xanəndə-müğənni İlahə İbadova Azərbaycan ədəbiyyatının iki dahi simasını tanımayıb.

Qeyd edək ki, “Qonaq gəl bizə” verilişində qonaq olan bir çox müğənnilər dəfələrlə bu cür sualların qaşısında utanaraq aciz qalıblar.

milliyyet.az “A24.az”-a istinadən verilişdən həmin görüntüləri təqdim edir:




Reytinq: