» » Məşhurların axın etdiyi restoran bağlandı


Məşhurların axın etdiyi restoran bağlandı

22-06-2019, 00:50
Oxunub: 34
Çap et
Məşhurların axın etdiyi restoran bağlandı


Yunanıstanın ən turistik adası Mikonosda restoran açan qəssab Nüsrət Gökçenin qəbz yazmadığı üçün başı bəlaya girib. Belə ki, onun bu adada yerləşən və məşhur simaların tez-tez təşrif buyurduğu məkanına 48 saat bağlama cəzası verilib.

Duz səpmə tərzi ilə məşhurlaşan qəssab dünyanın bir çox ölkəsində restoranlar şəbəkəsini açıb. Son olaraq Mikonos adasında restoran açan qəssab cərimələnib.

Böyük maraqla qarşılanan restoranda təftiş səhərə qədər davam edib. Restoranının 2 gün qapalı qalacağı və daha sonra cərimələnəcəyi öyrənilib.



Reytinq: