» » Tanınmış azərbaycanlı müğənni tanınmaz hala düşdü - FOTO


Tanınmış azərbaycanlı müğənni tanınmaz hala düşdü - FOTO

10-08-2017, 16:39
Oxunub: 443
Çap et
Tanınmış azərbaycanlı müğənni tanınmaz hala düşdü - FOTO


"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.

Tanınmış azərbaycanlı müğənni tanınmaz hala düşdü - FOTO



Reytinq: