» » Kənan əlini çəkdi, amma getmədi... - Maşın şou-da növbəti qalmaqal


Kənan əlini çəkdi, amma getmədi... - Maşın şou-da növbəti qalmaqal

3-06-2017, 12:25
Oxunub: 524
Çap et
Kənan əlini çəkdi, amma getmədi... - Maşın şou-da növbəti qalmaqal


"Biz sadəcə yayım hüququna malikik".

Bu sözləri ATV kanalının İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Turan İbrahimov sözügeden telekanalda yayımlanan “Maşın” şou-da rejissor Kənan M.M-in qaydalara riyayət etməyərək əlini maşından çəksə də, yenə də yarışmadan qovulmaması haqda danışarkən deyib. O, bu məsələnin kanala adiyyatı olmadığını bildirib:

“Müqaviləyə əsasən, ATV kanalı sadəcə “Maşın” şou-nun 2 saatlıq yayım haqqını alıb. Yəni, biz ancaq yayıma cavabdeyik. Bu haqda ancaq “M grup” prodakşının rəhbəri Murad Dadaşov ətraflı məlumat verə bilər”.

Qeyd edək ki, Murad Dadaşovla əlaqə saxlamağa çalışsaq da, o, telefona cavab vermədi.



Reytinq: