» » Məhkəmə Kamil Zeynallı ilə Əfruzə Ağayeva barəsində qərar verdi


Məhkəmə Kamil Zeynallı ilə Əfruzə Ağayeva barəsində qərar verdi

17-03-2017, 23:56
Oxunub: 516
Çap et
Məhkəmə Kamil Zeynallı ilə Əfruzə Ağayeva barəsində qərar verdi


Hər ikisi bir-birindən üzr istəməlidir
Bu gün Xətai rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın idmançı Kamil Zeynallıya qarşı və Kamil Zeynallının qaldırdığı qarşılıqlı iddialar üzrə məhkəmə prosesi başa çatıb. K.Zeynallının vəkili Asif Abdullayev Bizimyol.info saytına bildirib ki, qərara görə, hər iki tərəfin iddiası qismən təmin olunub. Qətnaməyə əsasən K. Zeynallı Ə. Ağayevadan üzr istəməlidir.

“Əfruzə Ağayeva Kamil Zeynallıya qarşı iddia qaldıraraq, 50 min mənəvi ziyan və instaqramda təkzib verilməsini tələb etmişdi. Biz də ona qarşı qarşılıqlı iddia qaldırdıq və qərəzli material hazırladığı üçün, Əfruzədən 100 min manat mənəvi ziyanın əvəzinin ödənilməsi və Kamildən üzr istəməsini tələb etmişdik. Bu gün Xətai rayon məhkəməsi qətnamə qəbul etdi bu işlə bağlı. Qətnaməyə əsasən, Kamil təkzib verməlidir. Eyni zamanda, məhkəmə qətnaməsinə əsasən, Əfruzə Kamildən üzr istəməlidir. Tərəflərin maddi tələbləri təmin edilmədi” – deyə vəkil bildirib.
Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb. Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K. Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.



Reytinq: