» » "Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim, heç nə ilə qıra bilməz" - Leyla Əliyeva


"Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim, heç nə ilə qıra bilməz" - Leyla Əliyeva

21-01-2015, 00:00
Oxunub: 708
Çap et
"Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim, heç nə ilə qıra bilməz" - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı fikirlərini qeyd edib.

milliyyet.az ATVxəbər.az-a istinadən məlumat verir ki, Leyla Əliyeva sosial şəbəkədə şəhidlərimizi belə anıb: “Əlbəttə, bu gün biz nə etsək də o günahsız adamları həyata qaytara, öz yaxınlarını itirmiş insanların dərdini yüngülləşdirə, hər bir azərbaycanlının ürəyindəki yaranı sağalda bilməyəcəyik. Zaman göstərmişdir ki, Azərbaycan xalqının ruhu qırılmamışdır. Çünki Azərbaycan xalqının ruhunu heç vaxt, heç kim, heç nə ilə qıra bilməz. İnanıram ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına, doğma torpaqlarına qayıdacaqlar”.



Reytinq: