» » Hadisə şokda: İcra məmurları proqrama gəldi - Zinət əşyaları və pullarına...


Hadisə şokda: İcra məmurları proqrama gəldi - Zinət əşyaları və pullarına...

19-10-2016, 23:38
Oxunub: 947
Çap et
Hadisə şokda: İcra məmurları proqrama gəldi - Zinət əşyaları və pullarına...


"Trendyol" markasının sahibi "DSM Qrup"la 4 il əvvəl imzaladığı 500 min avroluq reklam müqaviləsinə zidd davranması səbəbiylə 250 min avro cəza ödəməyə məhkum edilən məşhur müğənni Hadisə olduqca ağır günlər yaşayır.

Qaynarinfo.Az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "O Ses Türkiye" yarışmasında münsif üzvü olan Hadisə proqram üçün çəklişlər gedən zaman icra məmurları studiyaya gəlib.

Proqramına ara vermək məcburiyyətində qalan və göz yaşları içində cəza kağızını imzalayan Hadisə daha sonra proqramına davam edib.

Hadisəyə şahidlik edən bəzi tamaşaçılar sənətçinin qulağındakı sırğa və boynundakı boyunbağının studiyaya döndüyündə onun üzərində olmadığını iddia edib. Bu vəziyyət isə icra məmurlarının Hadisənin üzərindəki zinət əşyalarına və pullarına əl qoyduğu şəklində şərh olunub.



Reytinq: