DataLife Engine > Sosial > Valideynlərin DİQQƏTİNƏ! 6 yaşı bu tarixlərdə tamam olan uşaqların məktəbə qəbul vaxtı AÇIQLANDI

Valideynlərin DİQQƏTİNƏ! 6 yaşı bu tarixlərdə tamam olan uşaqların məktəbə qəbul vaxtı AÇIQLANDI


24-02-2016, 20:59. Разместил: sehriyar Valideynlərin DİQQƏTİNƏ! 6 yaşı bu tarixlərdə tamam olan uşaqların məktəbə qəbul vaxtı AÇIQLANDIHər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.

Day.Az bildirir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, hər il 6 yaşı 16 sentyabr-31 dekabr tarixlərdə tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu təhsil nazirinin 17 iyul 2013-cü il tarixli 739 nömrəli əmri ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən aparılır. Nazirlikdən qeyd olunub ki, uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir.

Məlumatda əlavə edilib ki, bununla belə, müəyyən hallarla əlaqədar Bakı şəhəri üzrə ərizələrin qəbulu və uşaqların seçim vaxtında dəyişiklik ola bilər.
Вернуться назад