DataLife Engine > Sosial > Məhkəmə qərar verdi: Sevinc Osmanqızı gəlməlidir

Məhkəmə qərar verdi: Sevinc Osmanqızı gəlməlidir


13-01-2015, 16:32. Разместил: sehriyar
Məhkəmə qərar verdi: Sevinc Osmanqızı gəlməlidir

Bu gün Nərimanov rayon Məhkəməsində tanınmış jurnalist Sevinc Osmanqızının cinayət işi məhkəmə prosesi davam edib. milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Məzahir Sadıqovun sədrlik etdiyi prosesdə iddiaçı şəxsin vəsaidəti qəbul edilib. Bununla Sevinc Osmanqızının məcburi şəkildə məhkəməyə gətirilməsi qərarı qəbul edilib.

Prosesdə çıxış edən Sevinc Osmanqızının nümayəndəsi Elmira Sarıyeva isə bildirib ki, müdafiə etdiyi şəxs işi ilə bağlı Bakıya gələ bilmir. Hakim isə prosesin yanvarın 22-dək təxirə salındığını, S. Osmanqızının həmin tarixdə prosesə qatılmalı olduğunu açıqlayıb.


Qeyd edək ki, jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.

O, "Açıq söhbət" siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.
Вернуться назад