DataLife Engine > Sosial > "Google" itən telefonları tapacaq

"Google" itən telefonları tapacaq


20-04-2015, 16:36. Разместил: sehriyar "Google" itən telefonları tapacaqŞirkət "Find My Phone" (Telefonumu tap) adlı yeni funksiyasını özünün axtarış sisteminə inteqrasiya edərək telefonunuzu tapacaq.

milliyyet.az xəbər verir ki, telefonlarını harada unutduğunu xatırlaya bilməyən istifadəçilər telefonlarının yerini birbaşa "Google"-dan soruşa biləcək. Bunun üçün "Google"-a daxil olaraq, axtarış bölməsinə "Find my phone" yazmaq və "Google Maps"-də nəticələrin açılmağını gözləmək lazımdır. Xəritədə itən telefonun hazırki yeri göstəriləcək. Bundan başqa, telefon yaxın ərazidədirsə, ona "Google" üzərindən zəng etmək təklif olunacaq.

Bu funksiyadan yalnız "Android" əməliyyat sistemi ilə işləyən mobil telefon sahibləri yararlana biləcək. Bunun üçün onlar "Google Play"-dən "Android Device Manager" tətbiqini yükləməli və "Google" hesabları ilə əlaqələndirməlidirlər.

Mənbə:
Xezerxeber.com
Вернуться назад