» » Sabah Azərbaycanda hava yağıntılı olacaq


Sabah Azərbaycanda hava yağıntılı olacaq

17-01-2015, 14:11
Oxunub: 699
Çap et
Sabah Azərbaycanda hava yağıntılı olacaq

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir.

milliyyet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında yanvarın 18-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, axşam qərb rayonlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.



Reytinq: