» » Kamran Həsənlinin işi çətinləşir - Baş Prokurorluqdan açıqlama


Kamran Həsənlinin işi çətinləşir - Baş Prokurorluqdan açıqlama

10-03-2016, 17:04
Oxunub: 687
Çap et
Şoumen Kamran Həsənli, barəsində cinayət işi açılmasını təkzib etsə də, Baş Prokurorluq məlumatı təsdiqləyib.
Kamran Həsənlinin işi çətinləşir - Baş Prokurorluqdan açıqlama
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına bildirib ki, müğənni Samir Piriyevin şikayəti əsasında Kamran Həsənli barəsində daxil olmuş şikayət üzrə Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir. Müğənni Samir Piriyev Kamran Həsənlinin onun 80 min dollarını mənimsədiyini iddia edib.



Reytinq: