» » Sabaha olan HAVA PROQNOZU


Sabaha olan HAVA PROQNOZU

25-12-2015, 13:54
Oxunub: 672
Çap et
Sabaha olan HAVA PROQNOZU

Sabah Bakıda 15 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 26-də Bakıda və Abşeron yarımadasında havanın əsasən dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15 dərəcə, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.



Reytinq: