» » Həbs xəbəri yayılan Departament rəisi ilə bağlı — Yeni məlumatlar


Həbs xəbəri yayılan Departament rəisi ilə bağlı — Yeni məlumatlar

30-10-2015, 15:53
Oxunub: 499
Çap et
Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.
Həbs xəbəri yayılan Departament rəisi ilə bağlı — Yeni məlumatlar
"Azərsu" ASC-dən verilən məlumata görə, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu`` ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb".

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu`` ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları həbs ediblər.\AzNews.az\



Reytinq: