» » Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkil


Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkil

18-05-2015, 17:47
Oxunub: 622
Çap et
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbs edilmiş rəhbəri Adil Hüseynovun səhhətində problemlər var.

Həbs olunan bank müdiri əməliyyat olunmalıdır- Vəkilmilliyyet.az xəbər verir ki, bu barədə "Report"a Adil Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib.

Vəkil bildirib ki, Adil Hüseynov həbs olunmamışdan bir neçə gün əvvəl əməliyyat olunub: "Hazırda Adil Hüseynov xəstədir və o, yenidən əməliyyat olunmalıdır. Ailəsinin göndərdiyi dərmanlar ona çatdırılıb".

K.Nəsibov A.Hüseynovla görüşlə bağlı artıq rəsmi qaydada order və sənədlər təqdim edildiyini də əlavə edib. Vəkil həbslə bağlı apelyasiya şikayəti vermək fikrində olmadıqlarını da bildirib.

Qeyd edək ki, Adil Hüseynov 318 milyon dollar mənimsəməkdə ittiham olunur. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, A.Hüseynov “qara polkovnik” kimi tanınan Fətullah Hüseynovun oğludur.



Reytinq: