» » Sabah axşamdan hava pisləşəcək


Sabah axşamdan hava pisləşəcək

3-05-2015, 13:36
Oxunub: 737
Çap et
Qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Sabah axşamdan hava pisləşəcəkSabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. milliyyet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman, çiskinli olacağı, lakin axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 23-2, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti gözlənilir.

A. Verdiyev deyib ki, mayın 5-dən başlayaraq havanın qeyri sabit keçəcəyi, Bakıda güclü külək əsəcəyi, yağış yağacağı gözlənilir.



Reytinq: