» » Dəmir Yol Xəstəxanasında rüşvət skandalı


Dəmir Yol Xəstəxanasında rüşvət skandalı

22-04-2015, 14:59
Oxunub: 902
Çap et
Dəmir Yol Xəstəxanasında rüşvət skandalıMərkəzi Dəmir Yol Xəstəxanasında rüşvət ayaq açıb yeriyir. milliyyet.az xəbər verir ki, Tia.az-a edilən şikayətdə deyilir ki, Biləcəri qəsəbəsində yerləşən “Azərbaycan Dəmir Yolları” QSC-nin ( ADY ) nəzdində fəaliyyət göstərən bu tibb ocağı insanları soymaqla ad çıxarıb. Xəstəxananın baş həkimi Adil Tağıyev vətəndaşa yox, pula xidmət edir.

Vətəndaşlar adıçəkilən tibb ocağında baş verən özbaşınalıqlardan və rüşvətin tüğyan etməsindən şikayətlənirlər. Şikayətlərdə əsasən xəstəxananın cərrahiyyə və terapiya şöbələrində hökm sürən neqativ hallardan, xəstəxanaya gətirilən xəstələrin pul verməyəndə həkimlərin onlara baxmaması faktlarından bəhs edilir. Bildirilir ki, dövlət xəstəxanalarında xidmət pulsuz olduğu halda, el arasında Biləcəri Dəmiryol Xəstəxanası kimi tanınan səhiyyə ocağında şpris belə pulla satılır.



Reytinq: